Sabahın hava proqnozu açıqlandı

 14:44 12.11.2022     452

Sabah, noyabrın 13-də hava şəraiti Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Demedia.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-15° isti olacaq.

Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütununda 764 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.