Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi



 10:19 14.11.2022     325

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Demedia.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.