Azərbaycan Ordusunun mayoru vəfat etdi

 17:44 17.11.2022     245

Azərbaycan Ordusunun hərbi qulluqçusu Paşayev Elşad Şirağa oğlu vəfat edib.

Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.