“Twitter” kütləvi ixtisarlar fonunda ofislərini müvəqqəti bağlayıb



 11:57 18.11.2022     448

“Twitter” şirkəti kütləvi ixtisarlar fonunda ofislərini müvəqqəti bağlayıb.

Demedia.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

“Hər bir işçinin, eləcə də Twitter sistemlərinin və istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün ofislərimiz müvəqqəti bağlanacaq, keçid dayandırılacaq”, - şirkətin əməkdaşlarından biri bildirib.

Ofislərdə işlərinin bazar ertəsi, noyabrın 21-də bərpa ediləcəyi gözlənilir.