Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - DİN

 09:54 20.11.2022     353

Bu gündən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkənin bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Demedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Noyabrın 20-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkənin bəzi avtomobil yollarında görmə məsafəsi 300-800 m-dək məhdudlaşacaq”, - nazirlik rəsmisi qeyd edib.