"Ən yaxşı məktəb mənim üçün evə yaxın olan məktəbdir" - Nazir



 16:51 25.11.2022     431

"Yol xəritəmizdə məktəb avtobuslarının olması var. Biz istəyirik ki, uşaqlar məktəbə rahat getsin".

Demedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu, birbaşa məktəb seçimi ilə bağlıdır:

"Bir çox ölkələr çox sərt məktəb seçimi qaydası müəyyənləşdiriblər. Məsələn, şagirdə yalnız yaşadığı yerə yaxın ərazidə məktəb seçməyə imkan verilir. Məktəb avtobusu uzaq yerlərdən şagirdləri gətirmək üçün nəzərdə tutulub. Bakının məktəbləri ilə bağlı ciddi miflər mövcuddur. Məsələn, hər il tədris ili başlayanda valideynlər ən yaxşı məktəbin hansı olduğunu soruşurlar. Bakıda 330 məktəb var, hər birində yaxşı oxuyan şagird də var, pis oxuyan şagird də. Ən yaxşı məktəb mənim üçün evə yaxın olan məktəbdir. Şagird stress yaşamır. Hətta yaxşı olmasa belə, onu birlikdə yaxşı etmək olar".