"Əgər valideynlər istəyirsə, dərs 9-da başlasın, başlaya bilər" - Emin Əmrullayev



 17:11 25.11.2022     131

Elm və təhsil naziri Emin Əmrullayev orta məktəblərdə tənəffüs vaxtının qısa olması ilə bağlı msələyə aydınlıq gəririb.

Demedia.az-ın məlumatına görə, nazir bu gün media üçün keçirdiyi brifinqdə bildirib ki, tənəffüs vaxtlarının müəyyənləşdirilməsi məktəblərin ixtiyarına buraxılmalıdır. Onun sözlərinə görə, məktəb öz vəziyyətinə baxıb bununla bağlı qərar verə bilər.

"Hesab edirəm ki, bu məsələdə məktəb və valideynlərin iştirakı ilə qərar qəbul edilməlidir. Tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin məktəbdə qalma müddətinin uzanması ilə bağlıdır. Əgər valideynlər istəyirsə, dərs 9-da başlasın, başlaya bilər. Bizim üçün tənzimləyici qurum olaraq dərsin 8-də və ya 9-da başlamasının fərqi yoxdur. Məktəb öz vəziyyətinə baxıb qərar verə bilər”, - deyə E.Əmrullayev bildirib.