İsa Həbibbəylinin oğlu Bakıya gətirildi



 17:24 25.11.2022     345

Naxçıvan MR DGX-nın rəisi Səhət Həbibbəyli ilə Naxçıvan MR maliyyə naziri Rafael Əliyev dünən 3-cü reyslə Bakıya gətirilib.

Demedia.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hər iki şəxs Naxçıvan gömrüyündə təsbit olunan korrupsiya faktları ilə bağlı DTX-də ifadə vermək üçün Bakıya gətirilib.

Qeyd edək ki, hazırda Naxçıvanın maliyyə naziri vəzifəsində çalışan Rafael Əliyev 2020-ci ilin avqust ayına qədər Muxtar Respublika Gömrük Xidmətinin maliyyə şöbəsinə baxırdı.

Səhət Həbibbəyli AMEA prezidenti İsa Həbibbəylinin oğludur.