“Azəriqaz" 4 şəhər və rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək



 18:37 26.11.2022     418

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi gələn həftə 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək.

Bu barədə Demedia.az-a "Azəriqaz"dan məlumat verilib.

Məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-a qədər Zaqatala rayonunda (Mədəniyyət Mərkəzinin qarşısında), 2-ci günü saat 14:00-dan 15:00-a qədər Oğuz rayonunda (Zərifə Əliyeva Parkında), 3-cü günü saat 11:00-dan 12:00-a qədər Qəbələ rayonunda (Zərifə Əliyeva Parkında), 5-ci günü saat 11:00-dan 12:00-a qədər isə Şəki şəhərində (Mirzə Fətəli Axundov Parkında) baş tutacaq.

Vətəndaşlar aksiyaların imkanlarından istifadə edərək problem və təkliflərini ifadə edə bilərlər.