Daha bir məktəbdə "Şuşanın 270 anı" bədii-sənədli filmi nümayiş olundu



 19:57 27.11.2022     509

83 nömrəli məktəb-liseydə "Cəmiyətin və medianın inkişafı" ictimai birliyinin rəhbəri, jurnalist Lalə Azərtaşın təqdimatında "Şuşanın 270 anı" adlı bədii-sənədli filmin nümayişi keçirilib.

Demedia.az xəbər verir ki, tədbirdə məktəb-liseyin şəhid məzunlarının anaları Mətanət Nəcəfova, Təranə İsmayılova, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edilib. 

Daha sonra məktəb-liseyin direktoru Almaz Bayramova çıxış edərək qonaqları təqdim edib, yetişməkdə olan gənc nəslin təlim tərbiyəsində belə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Jurnalist Lalə Azərtaş filmin ərsəyə gəlməsi haqqında geniş məlumat verib. Film maraqla izlənib.

Məktəbin tarix müəllimi Afaq Vəliyeva çıxış edərək, film haqqında öz təəssüratlarını bıldirib. Şəhid məzunların analarına söz verildi və onların çıxışları, film haqqına təəssüratları tədbir iştirakçılarını çox təsirləndirib.

Məktəb-liseyin tarix müəllimi Natavan Mustafayevanın və məzun Altay Əlinin  Şuşadan birgə hazırladıqları təqdimat  nümayiş etdirilib.

Sonda 10-cu sinif şagirdi Hüseyn Hüseynov vətənpərvərlik ruhunda mahnısını ifa edib. Zalda iştirak edən şagirdlər üç rəngli bayrağımızı dalqalandıraraq "Qarabaq Azərbaycandır" şüarını səsləndiriblər.

1

1

1

1