26 nömrəli məktəbdə "Şuşanın 270 anı" filminin təqdimatı keçirildi - FOTO



 20:54 29.11.2022     470

Xəzər rayonu İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbdə "Şuşanın 270 anı"adlı filmin təqdimatı keçirilib.

Demedia.az xəbər verir ki, təqdimatda “Cəmiyyətin və Medianın inkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış jurnalist Lalə Azərtaş, şəhid Nicat Orucovun anası Şəhla Babayeva, şəhid Hakim Bəşirovun həyat yoldaşı Təranə Bəşirova və onun 5 yaşlı oğlu Renat qonaq qismində iştirak ediblər.

Tədbirdən öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb, daha sonra filmə baxış keçirilib. 

Tədbiri açıq elan edən 26 nömrəli məktəbin direktoru Yaqut Məmmədova tariximizlə bağlı filmlərin ümumtəhsil məktəblərində yayımlanmasını və şagirdlərin bu yöndə tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən layihə rəhbəri Lalə Azərtaş 44 günlük Vətən müharibəsindən, igid ordumuzun şücaətindən danışıb.  

Qeyd edək ki, film “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!”layihəsi çərçivəsində çəkilib.

1

1

1

1