Daha bir məktəbdə “Şuşanın 270 anı” filminin təqdimatı keçirildi



 17:45 30.11.2022     609

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” filminin Xalid Quliyev adina 62 saylı məktəb - liseydə təqdimatı keçirilib.

Demedia.az xəbər verir ki, tədbir iştirakçılarını məktəbin Gənc şahinləri hərbi marşla salamlayıb, sonra meydana Azərbaycanın üçrəngli bayrağı və "Dəmir Yumruq" gətirilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. I və II Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

62 məktəb-liseyin direktoru Mətanət Cabbarlı bildirib ki, belə tədbirlərin orta məktəblərdə təşkili vətənpərvərlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri , Xəzər Tv – nin aparıcısı Lalə Azərtaş film barədə məlumat verib. Vurğulanıb ki, ekran əsəri təxminən 50 nəfərlik yaradıcı heyətin səyi nəticəsində ərsəyə gəlib.

Filmdə Natəvanın uşaqlıq illərini Vətən müharibəsi şəhidi Anar Heydərovun qızı Kübra canlandırıb.Tədbirdə məktəbin məzunları , II Qarabağ müharibəsi şəhidləri olan Samir Xəlilli və Elsevər Əhədzadənin valideynləri və qazi Rafiq Rəhimli də iştirak ediblər. Onlar çıxış edərək bu cür vətənpərvərlik mövzusunda tədbirlərin tez-tez keçirilməsini tövsiyyə ediblər.

Tədbir müəllim,valideyn və şagirdlər tərəfindən maraqla izlənilib.

1

1

1

1

1

1

1

1