Maliyyə naziri: “Vətəndaşların yaxşı pensiya almasında maraqlıyıq”
Azərbaycan hökuməti ölkə vətəndaşlarının yaxşı pensiya almasında maraqlıdır.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“Pensiya yaşının süni şəkildə artırılıb-azaldılması böyük problemlər yarada bilər. Bizdə ömür uzunluğu dinamikası müsbətdir və pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar. Əvvəllər 12 il işləyən adama 25%-lə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya almaq üçün 35 il işləməlisən, üstəlik işləməklə yanaşı pensiya fonduna da pul köçürməlisən. Təklif edirəm ki, bu məsələ ilə bağlı seminar təşkil edək, mövzunu deputatlarla müzakirə edək. Bu, ciddi məsələdir. Gələn il pensiya fondu xərcləri 15%-dən çox indeksasiya ediləcək”, - o deyib.