DSX-nin zabiti Bakıda küt alətlə döyüldü
Bakının Nəsimi rayonunda dava olub, bir nəfər ağır xəsarət alıb.
Demedia.az xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, “Koala” parkının qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.
Nəticədə 1988-ci il təvəllüdlü Əbilov Vurğun İdris oğlu küt alətlə döyülüb.
O, xəstəxananın neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.
Onun yaxınları bildiriblər ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.