Hökumət dərman qıtlığı ilə bağlı məsələni nəzarətə götürüb



 12:28 09.12.2022     386

"Hökumət dərman qıtlığı ilə bağlı məsələni nəzarətə götürüb".

Demedia.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur.

“Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir. Dərmanların yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Ukrayna və Belarusun payına düşür. Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”, - Baş nazir bildirib.