Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ! - Gələn ildən... - VİDEO
"Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb.
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
Rövşən Rüstəmov deyib ki, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.
Onun sözlərinə görə, yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək.