Bakı-Quba yolunda ağır qəza: Ölən və yaralananlar var

 09:39 13.12.2022     346

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demedia.az-ın verdiyi məlumata görə, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.