Sülhməramlıların özbaşınalığı - FOTO/VİDEO
Azərbaycanlı ictimai-siyasi fəalların, QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyalarında Rusiya sülhməramlıları kobud davranışları ilə diqqət çəkirlər.
Demedia.az xəbər verir ki, onlar azərbaycanlı jurnalistlərin peşə fəaliyyətinə maneə yaradır və hadisələrin işıqlandırılmasının qarşısını almağa cəhd edirlər.
Sülhməramlılar “Report” İnformasiya Agentliyinə məxsus avtomobilin qarşısını kəsərək maşını əziblər.
Rusiyalı hərbçilər avtomobilin yaşlı sürücüsünün çağırışlarına məhəl qoymadan kobud şəkildə davranıblar.
Azərbaycan torpaqlarında sülhməramlı kontingentin qadağa yaratmaq cəhdi məntiqsizdir.
Bura Azərbaycan torpaqlarıdır və hər bir vətəndaş sərbəst hərəkət hüququna malikdir.
Rusiya sülhməramlılarının niyə məhdudiyyət yaratmaq istədikləri aydındır, onlar fəaliyyətlərindəki qeyri-qanuni tərəflərin və ermənilərə necə arxa durduqlarının işıqlandırılmasına qarşıdırlar.
Ancaq Azərbaycan jurnalistikası və ictimai-siyasi fəallar onlara layiqli cavablar verirlər və verəcəklər də!
Xatırlatma üçün bildirək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.
Lakin sülhməramlılar razılaşmanı pozublar və monitorinq baş tutmayıb.
Bundan sonra isə, dekabrın 12-də Azərbaycanın QHT nümayəndələri və ictimai-siyasi fəalları Şuşa-Xankəndi yolunda aksiyaya başlayıblar.