Britaniya səfiri şəhid hərbçimizlə bağlı başsağlığı verdi
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi ilə bağlı başsağlığı verib.
Demedia.az xəbər verir ki, səfir bununla bağlı öz tviter hesabında paylaşım edib.
“Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və şəhidin olması xəbəri məni kədərləndirdi. Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara şəfa diləyirəm”, - deyə səfir qeyd edib.