NATO ilə perspektivlər müzakirə olundu
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadənin NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşündə NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə olunub.
Demedia.az xəbər verir ki, bu barədə Azərbaycan səfiri öz "tviter" hesabında yazıb.
Bildirilib ki, tərəflər NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfəsi, enerji təhlükəsizliyi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.