Siyəzəndə 6 nəfərin öldüyü yol qəzası faktı ilə bağlı cinayət işi başlandı
Siyəzən rayonunda 6 nəfərin öldüyü yol qəzası faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Hazırda istintaq aparılır.
Qeyd edək ki, hadisə dekabrın 15-i səhər saat 10 radələrində Bakı-Quba-
Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu
ərazisində qeydə alınıb.
Belə ki, Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes-Benz Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi “DAF” markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Nəticədə “Mercedes-Benz Viano”nun sürücüsü və onun 5 sərnişini hadisə yerində ölüb.//Report.az