Azərbaycanda Qarabağ erməniləri üçün "Qaynar xətt" yaradıldı



 16:45 16.12.2022     483

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərdən aldığımız müraciətlərin dəfələrlə artdığını nəzərə alaraq, mən və həmkarlarım mərkəzimizdə "Qaynar xətt" yaratmaq qərarına gəldik”.

Demedia.az xəbər verir ki, bunu D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyeva bildirib.

O, həmçinin Qarabağ ermənilərini quldur dəstələrin qalıqlarının repressiyalarından qorxmamağa və Azərbaycan tərəfi ilə əlaqə yaratmağa çağırıb.

“Qarabağdakı erməni separatçılarının tör-töküntüləri və Qarabağdakı quldur rejimin “dövlət naziri”i Ruben Vardanyanın yerli sakinlərə təzyiq göstərmək və onların azərbaycanlı hüquq müdafiəçisi ilə təmaslarına maneçilik törətmək cəhdlərinə baxmayaraq, zənglərin sayı əvvəlki günlərlə müqayisədə xeyli artıb”, - o vurğulayıb.