Azərbaycanda koronavirusla bağlı SON DURUM
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 106 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 801 nəfər müalicə olunaraq sağalıb, hazırda 543 aktiv xəstə var. Bu günə qədər 9 993 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 184, bu günə qədər isə ümumilikdə 7 405 485 test icra olunub.