Sülhməramlıların avtomobillərinin hərəkətinə növbəti dəfə şərait yaradıldı



 15:28 18.12.2022     434

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Demedia.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.

Belə ki, bu gün Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru 10-dan artıq təminat yükü daşıyan maşın keçib. Bu, bir daha göstərir ki, yol açıqdır, təminat və digər humanitar məqsədli keçid üçün aksiyaçılar tərəfindən şərait yaradılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.