Peyvənd olunanların sayı açıqlandı

 21:06 18.12.2022     229

Azərbaycanda son sutkada 235 nəfər vaksinasiya olunub.

Demedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 62, ikinci doza vaksinlərin sayı 42 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 104-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 27 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 927 861 olub.