Sülhməramlılar mövqelərində dəyişikliklər edirlər



 11:25 20.12.2022     560

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirilən əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının dünəndən mövqelərində müəyyən dəyişikliklər etdiyi müşahidə olunur.

Demedia.az xəbər verir ki, aksiya iştirakçıları bu vəziyyətdən istifadə etmək, irəli getmək fikrində deyillər. Onlar aksiyanın dinc xarakterli olduğunu bildirirlər.

Qeyd edilir ki, aksiyanın əsas məqsədi, Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır.

Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər.