Tahir Mirkişili: "Azərbaycanda 20 minə yaxın İKT mütəxəssisinə ehtiyac var"
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə 20 minə yaxın mütəxəssisə ehtiyac var.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Baxmayaraq ki, hər il ölkədə 3,5 min İKT mütəxəssisi hazırlanır. Onların maaşı isə 1 200 manatdan çoxdur", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, hazırda İKT sektoru Azərbaycanın ümumi daxil məhsulunda 1,8% paya malikdir və hər il ölkədə 2,5 milyard manat dəyərində İKT məhsulu hazırlanır.