Dövlət Xidmətinə yeni sözçü təyin edildi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi vəzifəsinə təyinat olub.
Demedia.az xəbər verir ki, sözügedən vəzifə Səidə Əhmədovaya həvalə edilib. İxtisasca jurnalis olan siyasi elmlər namizədi Səidə Əhmədova bundan əvvəl nazirliklərdən birində işləyib.
Qeyd edək ki, Dövlət Xidmətində mətbuat katibliyi yeni yaradılıb.