Emin Əmrullayevdən yeni təyinat
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.
İdarədən Demedia.az-a verilən xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Anar Məmmədov BŞTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Məmmədov 2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin, 2014-2017-ci illərdə "İstək” liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.
2002-2010-cu illərdə müxtəlif yerli və beynəlxalq araşdırma şirkətlərində çalışıb, eyni zamanda "Səmərəli ünsiyyət texnikaları”, "Arqumentasiya və inandırma”, "Özünüinkişaf potensialının qiymətləndirilməsi”, "İdarəçilik modellərinin təhsildə tətbiqi” kimi bir sıra təlim modullarının müəllifi olub.
2014-2020-ci illərdə Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən bir sıra layihələrdə ekspert qismində çıxış edib. Finlandiya, Sinqapur, ABŞ və digər ölkələrdə təlim səfərlərində olub.