Azərbaycan Ordusunun sıralarına yeni komandolar cəlb olunub

 13:09 26.12.2022     215

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.

Bu barədə Demedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb. Çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili çəkdirilib.