Məcburi köçkünlər üçün tikilmiş binalardakı mənzillər satışa çıxarılacaq
Postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən artıq avtomobilin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib.
Demedia.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun spzlərinə görə, keçmiş məcburi köçkünlər üçün Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışı həyata keçiriləcək.
V.Bünyadov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 23 yanvar 2023-ci il 10:00-da həmin mənzillərin onlayn satışına başlanacaq: “Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək”.