379 müharibə əlili müasir protezlə təmin olundu
"44 günlük Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2650 şəxsə reabilitasiya xidmətləri göstərilib".
Demedia.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu kateqoriyadan olan 1766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.