"Qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır" - Nazir



 17:22 27.12.2022     143

"Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrinin sülhməramlı kontingentin olduğu ərazidən çıxarılması qeyd edilib. Ermənistan da bu Bəyanata imza atıb. Qanunsuz silahlı birləşmələrin orada mövcudluğu bölgədə davamlı olaraq gərginlik yaradır. Azərbaycan tərəfi bu məsələləri danışıqlar zamanı davamlı şəkildə qaldırır".

Demedia.az  xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Hazırkı dünyada baş verən proseslər onu göstərir ki, İkinci Dünya müharibəsindən sonra tərəflər arasında bu səviyyədə qarşıdurma olmamışdır. Əsas məqsədimiz odur ki, böyük qüvvələrin, güclərin öz aralarında olan qarşıdurmasında bizim bölgəmiz, milli maraqlarımız əsas cəbhə xətti olmasın. Onun mənfi təsirləri bizə yönəlməsin. Həyata keçirdiyimiz addımlar ona xidmət edir ki, bu qarşıdurmaların mənfi təsirləri bizdən kənar olsun", - deyə nazir bildirib.