Dövlət Qulluğunu İdarəetmə Şurasına yeni səlahiyyət verilib



 12:17 30.12.2022     329

Dövlət Qulluğunu İdarəetmə Şurasına yeni səlahiyyət verilib.

Demedia.az-ın xəbərinə görə, bununla bağlı "Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsəsnamə"yə dəyişiklik təklif edilib.

Dəyişikliklə Əsasnaməyə yeni maddə əlavə olunur. Bununla da Şuranın səlahiyyətləri artırılır.

Belə ki, yeni maddəyə əsasən, Dövlət Qulluğunu İdarəetmə Şurası "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq dövlət qulluqçularının qulluq stajının hesablanması, onlara ixtisas dərəcələrinin verilməsi, habelə xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq uyğunlaşdırılması ilə əlaqədar yaranmış mübahisələrə dair dövlət qulluqçuları və ya dövlət orqanlarının, habelə dövlət qulluğuna xitam verilmiş şəxslərin müraciətlərinə baxacaq.

Milli Məclis "Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsəsnamə"yə dəyişiklik layihəsini sonuncu - III oxunuşda müzakirə edərək qəbul edib.