Məşhur türk rejissor Azərbaycanla bağlı film çəkəcək



 17:26 04.03.2021     772

Türkiyənin “Sineqraf” kino şirkətinin rəhbəri, rejissor Osman Sınav Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündən danışıb.

Nexeber.az Report-a istinadən xəbər verir ki, rejissor görüşdə mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparıldığını deyib.

"Hazırda Qafqaz İslam Ordusunun köməyi ilə Bakının azad edilməsindən sonra Azərbaycanın Türkiyədəki Qurtuluş savaşına yardımı və dəstəyi mövzusu ilə bağlı ciddi layihə üzərində işləyirik. Təbii ki, layihə reallaşdırıldığı zaman həm Azərbaycan, həm də Türkiyə telekanallarının öz dəstəklərini əsirgəməyəcəklərindən əminəm”, - O.Sınav bildirib.

Qeyd edək ki, O.Sınav Türkiyədə və dünyada populyarlıq qazanan bir çox film və teleserialların rejissorudur. O, "Dəli ürək", "Qurdlar vadisi", "Sən anlat, Qara dəniz" və s. məşhur teleserialları ərsəyə gətirib.