Kitabı sev, səni öyrətsin



 19:44 16.05.2023     391

Bərdədə təşkil olunan sərgidə oxuculara 3 min 500 kitab təqdim olunub.

Demedia.az EL TV-yə istinadən xəbər verir ki, ənənəvi olaraq hər il keçirilən sərgi bu il də oxucuları özünə cəlb edib.

Həm də əvvəlki illərlə müqayisədə bu il kitabsevərlərə daha çox kitab təqdim olunub. Müxtəlif yaş qrupundan olan yüzlərlə rayon sakini, əsasən də məktəblilərin kitablara maraqları diqqəti çəkib. Sərgidə dünya və Azərbaycan yazarlarının əsərləri nümayiş etdirilib. Müasir əsərlərlə yanaşı dünya klassiklərinə 3 min 2 yüzdən çox kitab oxucuların qarşısına çıxarılıb. Həmin kitablar rayon ağsaqqallarının təşəbbüsüylə nəşriyyatlardan və rayon sakinlərindən toplanılıb. Kitablar oxuculara ödənişsiz olaraq müvafiq qeydiyyat aparıldıqdan sonra təqdim edilib.