Şuşada Bülbülün Ev Muzeyinin “qapı dərdi” - Açıqlama



 15:25 31.05.2021     375

Şuşa şəhərində Bülbülün Ev Muzeyinin ilkin tarixi görkəmində bərpası məqsədilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən ilkin layihə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Qısa müddətdə bu ev-muzeyin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. Xüsusi olaraq qeyd edək ki, bərpa prosesi zamanı Bakıdakı Bülbülün Memorial Muzeyinin fondunda saxlanılan materiallara istinad ediləcək.

Bu sözləri Kult.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov yerli mediaya açıqlamasında Şuşada Bülbülün Ev Muzeyində aparılan bərpa işlərinin onu qane etmədiyini bildirmişdi. F.İsmayılovun sözlərinə görə, ev muzeyinin giriş qapısı müasir memarlıq üsullarına əsasən qurulur.

İctimai fikrə görə, Bülbülün ev muzeyinin bərpası zamanı giriş qapısı müasir memarlıq üsullarla qurulması evin görkəmini və daxili quruluşunu pozacaq, ev muzeyinin mədəni, tarixi dəyərinə xələl gətirə bilər.