Qobustan Qoruğu ziyarətçilər üçün açılır



 12:10 24.01.2021     172

Nexeber.az xəbər verir ki, bunu Trend-ə Qobustan Milli Tarix- Bədii Qoruğundan bildiriblər. Qeyd olunub ki, əraziyə daxil olan şəxslər sanitar qaydalara riyayət etməlidirlər:

"Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 yanvar 2021- ci il tarixindən fəaliyyətini bərpa edəcək. Qoruq hər gün saat 10:00-dan saat 18:00-dək ziyarətçilər üçün açıq olacaq. Ziyarətçilər sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə riayət etməklə, 10 nəfərdən artıq olmayan qruplarla qoruğu ziyarət edə bilərlər. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir".