OĞRULARIN DİVANI, yaxud oğurluqdan sonra namaz



 12:50 28.02.2024     282

“De Media” Şirkəti yeni qısametrajlı filmin çəkilişlərini başa çatdırıb. Bu barədə saytımıza şirkətin təsisçisi və rəhbəri Bahadur Seyidov bildirib.

Onun sözlərinə görə, film sosial yönümlü olmaqla yanaşı, həm də böyük tərbiyəvi əhəmiyyət daşıyır. Bir divanın sifarişlə gətirilməsindən başlayan filmdə maraqlı hadisələr baş verir. Ən maraqlı səhnələrdən bir isə oğruların törətdikləri əməldən sonra namaz qılaraq günahlarının bağışlanmasını diləmələridir.

Rollarda Bahadur Seyidov, Adil Bisavad, Zamin Mürsəlov, Emin Məmmədov, Vaqif Namazov, İlqar Mənsimzadə, İlham Tumas və başqaları çəkiliblər.

AYSUN

  

1

1

1

1

1

1