Bu ərazidə küp qəbirlər TAPILDI



 11:42 16.04.2022     284

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

Bu barədə Demedia.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.