Azərbaycanlı yazıçı kitab müsabiqəsinin uzun siyahısında



 10:43 09.09.2024     287

Azərbaycanlı yazıçının əsəri beynəlxalq kitab müsabiqəsinin uzun siyahısına daxil edilib.

Demedia.az xəbər verir ki, dünyanın ən böyük elektron kitab portalı olan Litres portalının “Elekyronnaya bukva 2024” – ən yaxşı elektron kitablar müsabiqəsində görkəmli Azərbaycan yazıçısı Vahid Məmmədlinin “Angelo di bronzo” romanı 27620 kitabın içindən seçilərək müsabiqənin uzun siyahısına daxil edilib.

Qeyd edək ki, Vahid Məmmədli bu səviyyədə müsabiqədə çoxsaylı müəlliflər içərisindən uzun siyahıya daxil edilən ilk azərbaycanlı müəllifdir. Qaliblər 2024-cü ilin dekabrında müəyyən ediləcək. Yazıçı Vahid Məmmədli 2007-ci ildən bədii yaradıcılıqla məşğul olur. Azərbaycan ədəbiyyatında ilk fentezi romanın(“Atropatena dastanı”), dünya ədəbiyyatında ilk qansız döyüş romanının (“Tunc Allahın yükü”) müəllifidir. Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, bestsellerlər müəllifi kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru , baş ədliyyə müşaviri, Prezident təqaüdçüsüdür. Müəllifin bir neçə kitabı “Qanun Nəşriyyatı”nda işıq üzü görüb.