"Zəfər mahnısı" üçün bir araya gəldilər - VİDEO



 21:07 29.01.2021     212

Azərbaycanın məşhur mədəniyyət üzvləri bir araya gəliblər.

Nexeber.az milli.az-a istinadən xəbər verir ki, Xalq artistləri Alim Qasımov, Brilliant Dadaşova, Natiq Şirinov, Tünzalə Ağayeva, Samir Cəfərov, müğənnilər Zamiq Hüseynov və Elçin Cəfərov birgə "Zəfər mahnısı" bəstəsini ifa ediblər.

Mahnının sözləri Xalq şairi Sabir Rüstəmxanlı, musiqisi onun kürəkəni Elçin Cəfərov və bəstəkar Tərlan Məmmədhüseynova məxsusdur. Layihəni ekranlaşdıran tanınmış rejissor Fuad Əlişov olub.

E. Cəfərov klipin bir hissəsini instagramda paylaşaraq "Söz verdiyimiz kimi, Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı qələbəni musiqiyə köçürüb dəyərli sənətçilərimizlə bir araya gələrək bitirdik",- deyə bildirib.