Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək - YENİLƏNİB



 11:58 23.02.2021     473

Ötən gün dünyasını dəyişən Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer müəyyənləşib.

Nexeber.az bildirir ki, mərhumun qardaşı oğlu Anar Rzazadə axşam.az-a açıqlamasında Yalçın Rzazadənin doğulduğu Lənkəranda dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, müğənni dünən 74 yaşında dünyasını dəyişib.

----------
10:35

Xalq artisti Yalçın Rzazadə bu gün dəfn ediləcək.

Mərhum müğənninin oğlu Orxan Rzazadə axşam.az-a açıqlamasında bunları deyib:

"Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək. İndi cavab gözləyirik. Bir söz deyilməsə, atamı planlaşdırdığımız yerdə dəfn edəcəyik. Bir-iki qəbristanlıq planda var. Məsləhət edib, harada dəfn edilməsini dəqiqləşdirəcəyik. Mədəniyyət Nazirliyinə  müraciət edilib, cavab gözləyirik".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün axşam saatlarında 74 yaşında dünyasını dəyişib.