Qızıl və gümüşün qiyməti artıb
Qızıl cüzi bahalaşaraq 1 unsiyası, təxminən, 1900 ABŞ dolları olub.
Demedia.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,65 ABŞ dolları və ya 0,03% bahalaşaraq 1 unsiyası 1 899,45 ABŞ dolları təşkil edib.
Gümüşün mart fyuçersləri isə 0,47% ucuzlaşaraq 1 unsiyası 23,892 ABŞ dolları olub.