Taksi sürücülərinin NƏZƏRİNƏ! - Bu halda 50 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ
Bəzən taksi sürücüləri həm özünü, həm də ətrafdakıların həyatını təhlükəyə atırlar. Buna səbəb sürücülərin avtomobil idarə edərkən oyun oynaması və ya başqa işlə paralel məşğul olmasıdır.
Demedi.az xəbər verir ki, avtomobil idarə edərkən mobil telefondan müxtəlif məqsədlər üçün istifadə etmək ağır yol nəqliyyat hadisəsi ilə nəticələnir.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu kimi hallara yol verən şəxsləri cəza gözləyir: "Hərəkətdə olan nəqliyyat vasitəsini idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş maddəsinə uyğun olaraq bu kimi hallarda 50 manat cərimə tətbiq oluna bilər".