İrandakı zəlzələ Naxçıvanda 5-3 bala qədər hiss olundu
Bu gün saat 22:14-də Naxçıvan stansiyasında 108 km cənubda, İran ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, maqnitudası 6,2 olan yeraltı təkanların dərinliyi 10 km olub.
Zəlzələ 5-3 bala qədər hiss olunub və 10-15 saniyə davam edib.
İlkin məlumata görə, dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.