Özəl şirkətləri işçini işə götürməyə məcbur edə bilmərik - Agentlik sədri



 14:53 05.03.2021     631

İşsiz şəxslərin işlə təminatı üçün göndərişlər məşğulluq orqanları tərəfindən verilir. Lakin biz dövlət olaraq, özəl şirkətləri hər hansı bir işçinin işə götürülməsinə məcbur edə bilmərik.

Nexeber.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, məşğulluq xidməti orqanları göndəriş verməli, işəgötürənlər isə bu göndərişə reaksiya verməlidir:

"Amma bundan sonrakı mərhələ - vətəndaşı işə qəbul edib-etməyəcəyi ilk növbədə vətəndaşın bilik və bacarığından və işəgötürənin həmin an həmin işçiyə ehtiyacının olub-olmamağından asılıdır".