Neftin qiyməti cüzi artdı
Ötən həftə ərzində 4 %-dək ucuzlaşan neft yeni həftəyə cüzi bahalaşma ilə başlayıb.
Demedia.az birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçersləri 0,47 % bahalaşaraq 83,39 ABŞ dollarına satılıb. "WTI" markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,42 % artaraq 1 bareli 76,87 ABŞ dolları təşkil edib.
ABŞ hakimiyyətinin strateji ehtiyatdan daha çox neft satmaq niyyəti, eləcə də ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatlarının 16,3 milyon barel artması ilə bağlı məlumatlar ötən həftə ərzində neft qiymətlərinin 4 %-dək düşməsinə səbəb olub.
Hazırda əsas diqqətlər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yürüdəcəyi siyasətə yönəlib. FED mart ayında uçot dərəcəsini yenidən qaldıra bilər.
Xatırladaq ki, ötən il yüksək inflyasiya fonunda tənzimləyici uçot dərəcəsini 7 dəfə artırıb ki, bu da həm resessiya risklərini artırıb, həm də neft tələbi ilə bağlı gözləntilərə də təsir edir.