Ölkəmizin ən yaxşı 5 biznes mühitindən biri – AB Hesabatı



 16:45 10.03.2021     548

Avropa Birliyi Azərbaycanda “2020-ci il üçün Biznes Mühiti Hesabatı”nı təqdim edib. Hesabatda ölkəmizdə miqrasiya siyasəti 5 ən yaxşı biznes mühiti göstəricisi arasında qeyd edilir.

Nexeber.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov qeyd edib.

"Sənəddə həmçinin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə şirkətlərin müsbət fikirlər ifadə etdikləri əksini tapıb, xidmətin şəffaf və biznesə dəstək yönümlü yanaşması, elektron xidmətləri və sahibkarlarla mütəmadi keçirdiyi görüşlər müsbət məqamlar kimi qeyd olunub.

Hesabat Azərbaycanda fəaliyyət göstərən Avropa Birliyi şirkətləri arasında keçirilən illik sorğunun nəticələri əsasında hazırlanıb”, - deyə o bildirib.