Ukraynanın qızıl ehtiyatı 30 milyardı ötdü



 14:50 09.04.2023     354

Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur.

Demedia.az xəbər verir ki, bunu Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

“Bizim qızıl-valyuta ehtiyatlarımız son 10 ildə tarixi maksimumdadır - 30 milyard dolları ötür. Bu vəsait Ukraynaya 5 aydan artıq idxalı ödəməyə kifayət edəcək”, -Ukstenko bildirib.

Qeyd edək ki, martın əvvəlində Ukrayna Milli Bankı bu ilin fevralında ölkənin beynəlxalq ehtiyatlarının əvvəlki ayla müqayisədə 3,5% azalaraq 28,86 milyard dollar təşkil etdiyini açıqlamışdı.